Çimayev onların nailiyyətini təkrarladı
Çeçen döyüşçü Həmzət Çimayev UFC-nin orta çəki dərəcəsində (84 kq) çempion olub.
Aut.az xəbər verir ki, o, Drikus Du Plesini hakimlərin yekdil qərarı ilə məğlub edərək kəmərə sahib çıxıb.
Beləliklə, Çimayev MMA karyerasında 15-ci qələbəsini qazanıb və hələ də məğlub olmayıb. O, UFC kəmərinə heç bir məğlubiyyət almadan çatan nadir döyüşçülərdən biri olub. Buna qədər yalnız Həbib Nurməhəmmədov, İsrail Adesanya və İliya Topuriya belə nailiyyət əldə etmişdilər.
Du Plesi üçün isə bu məğlubiyyət karyerasında 26 döyüşdə 3-cü uğursuzluq olub.
Aut.az
