İtaliya

“Yuventus”da ayrılıq: 9 illik macəra rəsmən başa çatdı

Müdafiəçi Aleks Sandro “Yuventus”dan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı Turin komandasında 9 il keçirib. Aleks 2011-ci ilin iyulunda “Porto”dan transfer olunub. Bu müddət ərzində 327 matçda iştirak edib və komanda ilə birlikdə 12 kubok qazanıb.

O, əfsanəvi futbolçu Pavel Nedvedlə birgə “Yuventus” tarixində ən çox oyun keçirən əcnəbi futbolçudur.

Aut.az