İspaniya

Xavi “10-luğ”a daxil oldu

Xavi “Barselona”nı ən çox oyuna çıxaran məşqçilərin sıralamasında ilk “10-luğ”a daxil olub.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis son olaraq La Liqanın 38-ci turunda “Sevilya” ilə görüşdə (2:1) baş məşqçi postunda olub. Bu, Xavinin kataloniyalılarda 143-cü matçı olub. O, bu göstəriciyə görə Elenio Erreranı geridə qoyaraq, 10-cu pilləni ələ keçirib.

Rekordçu isə 421 qarşılaşma ilə Yohan Kroyfdu. İlk “10-luğ”un digər nümayəndələri Frank Raykard (273), Rinus Mihels (267), Pep Qvardiola (247), Lui van Qal (200), Luis Enrike (181), Terri Veneybls (169), Ferdinand Daukik (151) və Ernesto Valverdedir (145).

Qeyd edək ki, baş məşqçi postunu tərk edən Xavinin rəhbərliyi altında 90 qələbə qazanan “Barselona” 29 dəfə uduzub, 24 oyunda isə heç-heçə edib.