İspaniya

“Real” onun transferini həll etdi

“Real” 20 yaşlı mərkəz müdafiəçisi Din Heysenin transferi ilə bağlı “Bornmut”la razılıq əldə edib.

Aut.az xəbər verir ki, tərəflər artıq sənədləşmə işlərinə başlayıblar. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, transfer artıq rəsmiləşib. “Kral klubu” “Bornmut”a ümumilikdə 50 milyon funt sterlinq (təxminən 59,3 milyon avro) məbləğində təzminat ödəyəcək. Bu məbləğ üç hissəyə bölünəcək və ödənişlərin 10%-i “Yuventus”, 5%-i isə “Malaqa” klubuna çatacaq.

Bildirilir ki, “Real” Din Heysen uğrunda mübarizədə İngiltərə nəhəngləri “Çelsi” və “Liverpul”u qabaqlayıb.

İspaniya millisinin üzvü cari mövsümdə bütün turnirlərdə 34 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 42 milyon avrodur.

Aut.az