“Barselona” Flikə köməkçi axtarır: Namizədlər arasında görün kimlər var
“Barselona” rəhbərliyi Kataloniya klubunun gələcək baş məşqçisi Hans-Diter Flikə köməkçi axtarır.
Aut.az xəbər verir ki, “Barsa” peşəkar karyeralarının sonuna yaxın olan, ideal olaraq ispan və alman dillərini bilən futbolçular arasından mütəxəssis tapmaq istəyir. İlk namizədin daha əvvəl Flikin rəhbərliyi altında çıxış etdiyi Tiaqo Alkantara olduğu bildirilir. İspaniyalı futbolçu “Liverpul”dan azad agent statusu ayrılacaq. Bundan istifadə edərək ona köməkçi məşqçi vəzifəsi təklif ediləcək.
Alkantara karyerası ərzində “Barselona” və “Bavariya”da da çıxış edib ki, bu Fliklə əməkdaşlıqda ona faydalı ola bilər.
“Barselona” həmçinin “Betis”in 33 yaşlı müdafiəçisi Mark Bartra və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Xavi Martinezin namizədliyini də nəzərdən keçirir.
Aut.az
