Digər

Azyaşlıya sataşan məşqçi saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində üzgüçülük üzrə məşqçi uşağa sataşdığı üçün hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Aut.az Rusiya mətbuatına istinadən bildirir ki, 14 yaşlı məktəbli məşqçinin təqibindən danışıb. Onun sözlərinə görə, kişi 2021-ci ildən bəri onu təqib edirmiş.

“Məşqçi müxtəlif yarışlara səfərlər zamanı və məşq zamanı uşağı təhqir edib”, – nəşr qeyd edib.

Hazırda məşqçi saxlanılaraq nəzarətə götürülüb, cinayət işi açılıb.

Aut.az