Digər

Olimpiya çempionunun başından şiş çıxarıldı: Eşitmə qabiliyyətini itirdi

2024-cü ildə Soçidə  keçirilən Olimpiya Oyunlarının çempionu Mişel Mulder beyin anevrizmasının çıxarılması üçün əməliyyatı uğurla keçirib.

Aut.az xəbər verir ki, b barədə 39 yaşlı konkisürən sosial şəbəkədə məlumat verib.

Əməliyyat nəticəsində niderlandlı idmançı bir qulağında eşitmə qabiliyyətini itirsə də, özünü yaxşı hiss edir.

İki il əvvəl onun başında xoşxassəli şiş aşkar edilmişdi. O, İnstaqramda iki variantın olduğunu yazmışdı: şüalanma və ya əməliyyat. Avqust ayına qədər o, birincini seçirdi. Şişin diametri təxminən üç santimetrə qədər böyüdüyü üçün əməliyyat qərarı verildi.

Əməliyyatdan sonra Mulder bir qulağında eşitmə qabiliyyətini itirib. Amma sərbəst hərəkət imkanlarının olması ona rahatlıq verir.

Aut.az