Məşhur məşqçi karyerasını bitirir
“Marsel”in baş məşqçisi Jan-Lui Qasse bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
Aut.az xəbər verir ki, bazar günü, mayın 19-da “Marsel” Fransa Liqa 1-in 34-cü turu çərçivəsində səfərdə “Havr”la qarşılaşacaq (matç Bakı vaxtı ilə saat 2300-da başlayır). Bu qarşılaşma Qassenin məşqçilik karyerasında vida olacaq.
70 yaşlı fransalı mütəxəssisin müstəqil məşqçilik karyerası 1998-ci ildə “Monpelye”də başlayıb. Qasse həmçinin “Kan”, “İstr”, “Sent-Etyen”, “Bordo” və Fil Dişi Sahili yığmasında çalışıb. O, bu ilin fevral ayından “Marsel”ə rəhbərlik edir.
Aut.az
