Tarix yazdığı klubu “Yuventus”a dəyişəcək
Cari mövsümdə diqqətləri üzərinə çəkən Tyaqo Motta mövsüm bitdikdən sonra “Bolonya”dan ayrılaraq “Yuventus”un “sükanı arxasına” keçəcək.
Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Turin klubu ilə braziliyalı məşqçi əməkdaşlıqla bağlı prinsipial razılığa gəlib. Mottanın “Yuventus” ilə müqaviləsi 2+1 illik olacaq. 41 yaşlı mütəxəssis illik məvacibi isə 3,5 milyon avro olacaq.
Mottanı “Yuventus” da Massimiliano Alleqrini əvəz edəcək.
Qeyd edək ki, onun çalışdırdığı “Bolonya” İtaliya A Seriyasının turnir cədvəlində 36 turdan sonra əlavə göstəricilərə görə “Yuventus”u qabaqlayaraq üçüncü pillədə qərarlaşıb. Komanda 59 illik fasilədən sonra Çempionlar Liqasına vəsiqəni təmin edib.
Aut.az
