Çempionlar Liqası

Vinisius ÇL-in yarımfinalında onu belə ələ salıb – FOTO

“Real”ın cinah oyunçusu Vinisius Junior Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin “Bavariya” ilə matçında (2:1) topu yan xətdən oyuna daxil etmə prosesini bilərəkdən gecikdirib.

Aut.az xəbər verir ki, Vinisius tiou oyuna tez daxil etməyi tələb edən “Bavariya”nın futbolçusu Kimmixi ələ salıb.

Belə ki, Vinisius xətdə dayanaraq topu oyuna daxil etmək istəyini nümayiş etdirib. “Bavariya”nın sağ cinah müdafiəçisi Coşua Kimmix topu Juniora atsa da, braziliyalı onu tuta bilməyib.

Bundan sonra alman futbolçu topu götürərək şəxsən Madrid klubunun oyunçusunun qucağına qoyub. Bununla belə, Vinisius topu kənara atıb  və oradan uzaqlaşıb.

Aut.az

 

Vinisius ÇL-in yarımfinalında onu belə ələ salıb – FOTO

Vinisius ÇL-in yarımfinalında onu belə ələ salıb – FOTO

Vinisius ÇL-in yarımfinalında onu belə ələ salıb – FOTO

Vinisius ÇL-in yarımfinalında onu belə ələ salıb – FOTO

Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Bu oyun iyunun 1-də baş tutacaq və Londondakı “Uembli” stadionunda keçiriləcək.

Aut.az