Lalə Kramarenko etiraf etdi: Sevdiyim oğlan var
Rusiyanın aparıcı gimnastı, Azərbaycan əsilli Lalə Kramarenko şəxsi həyatı ilə bağlı təfərrüatları paylaşıb.
Aut.az xəbər verir ki, Lalə aprel ayında bir neçə aydır görüşdüyü fiqurlu konkisürən Fyodr Varlamovdan ayrıldığını elan etdi. O, “YouTube” kanalı “Discipline”-a müsahibəsində başqa birisinə vurulduğunu etiraf edib.
– Uzun müddət Fyodrla ən yaxşı dost idiniz. Və sonra bu münasibət sevgili statusuna keçdi. Bu necə oldu?
– Bir müddət danışdıq, sonra münasibətə çevrildi.
– İndi vəziyyət necədir? O, hansı statusdadır?
– İndi daha ünsiyyət qurmuruq. Sağollaşdıq.
– Bəs buna nə səbəb oldu?
– Səbəb var, amma deməyəcəyəm. Biz ünsiyyət qurmuruq. Hələlik bu qədər.
-İndi ürəyiniz boşdur?
– Bəli. Sevdiyim oğlan var. Ancaq o azaddır.
Qeyd edək ki, Lalə Karamarenko Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır
Aut.az
