F1-in gəlirlərində möhtəşəm artım: Səbəb nədir?
2024-cü ilin birinci rübündə Formula 1 gəlirləri təxminən 553 milyon dollar təşkil edib.
Aut.az xəbər verir ki, bu, ötən illə müqayisədə 45% çoxdur. Bu barədə “RaceFans” məlumat yayıb.
Komandalara ümumi ödənişlər də 45% artaraq 130 dollardan 163 milyon dollara yüksəlib.
Gəlirlərin artmasının əsas səbəbi Formula1-in bu mövsüm əvvəlki il ilə müqayisədə daha bir yarış keçirməsi olub. Çempionat martda yox, fevralda başlayıb. Bundan əlavə yarışı nümayiş etdirmək üçün media şirkətləri ilə yeni razılaşmalar sayəsində Formula 1-in gəliri artıb.
Qeyd etmək lazımdır ki, F1-in əməliyyat gəliri 2023-cü ildə 15 milyon dollar artaraq 94 milyon dollar olub. Yarış seriyasının digər fəaliyyətlərdən əldə etdiyi gəlir əsasən yeni Formula 2 avtomobilinin satışı hesabına 66 milyon dollardan 95 milyon dollara yüksəlib.
