Əfsanədən Mbappeyə müəmmalı tövsiyə: Səudiyyəyə get
Fransa millisinin sabiq müdafiəçisi Marsel Desayli PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Desayi Kiliana tövsiyə edib ki, “Real”a keçməsin.
“Dəfələrlə demişəm ki, dünyanın başqa yerindən komanda seçərdim. Mbappeyə gəlincə, “Real” Madridin onun üçün ideal variant olduğunu düşünmürəm: Vinisius Junior sol cinahda oynayır, Cud Bellinqemlə eyni keyfiyyətdə oyunçudur, ona görə də Mbappenin orada start oyunçusu olub-olmayacağı bilinmir.
Futbol biznesinə gəlincə, onun yerinə olsaydım, 350 milyon funt-sterlinqə bir il müddətinə Səudiyyə Ərəbistanına gedərdim və növbəti mövsümdə, Dünya Kuboku ilində qayıdardım.
Artıq 26 yaşım olduğu üçün bu pulu nağdlaşdırar, bundan sonra futbol naminə oynayardım. Mbappe də futbol oynamaq istəyir”, – “beIN Sports” Desaidən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Aut.az
