Keçmiş futbolçu, “Uotford”un əfsanəsi Troy Dini özünü fərqli idman növündə sınamaq istəyir.
Aut.az xəbər verir ki, məşqçi karyerasına uğursuz start verən 35 yaşlı keçmiş futbolçu bilyard oynamaq qərarına gəlib.
“The Sun”ın məlumatına görə, Dini artıq nüfuzlu turnirdə – 2024-cü il Britaniyanın açıq çempionatında iştirak etmək üçün dəvət alıb.
Nəşr yazır ki, keçmiş futbolçu yarışda iştirak etmək üçün “vayld kart” alıb. Bununla belə, sabiq Premyer Liqa futbolçusu etiraf edib ki, o, ani uğur gözləmir, lakin bu idman növünün nüfuzunu yüksəltməyi əsas məqsəd hesab edir.
“Bu, fərqli bir şeydir, elə deyilmi? Tamamilə yeni bir şey, mən sadəcə sərhədləri bir az genişləndirməyi və bunun necə getdiyini görmək istəyirəm.
İstənilən idman növündə istənilən idmançıya həmişə böyük hörmətim olub. Onların etdiklərini etmək üçün saatlar və illərlə məşq və fədakarlıq tələb olunur. Buna görə şansınız olanda niyə əlinizi sınamayasınız?
Məqsədim ora getmək və düzünü desəm, özümü yöndəmsiz vəziyyətə salmamaqdır. Siz sadəcə bir neçə aylıq real məşq və illərlə təsadüfi oyun keçirə, bəzən əlinizdə bir pivə ilə bu uşaqlara qalib gəlməyi gözləyə bilməzsiniz. Mənim son məqsədim idmanı mümkün qədər irəli aparmaqdır”, – Dini bildirib.
Qeyd edək ki, 2012-ci ildə iştirakçısı olduğu davaya görə üç aylıq həbs cəzası çəkən keçmiş İngiltərə hücumçusu peşəkar karyerasını “Forest Green Rovers”də oyunçu-məşqçi kimi bitiririb. 2023-cü ilin dekabrdına Liqa 2-də çıxış edən komandanın tam ştatlı məşqçisi təyin edilib. Lakin bu vəzifədə bir aydan az müddət qala bilib. Qalibiyyətsiz seriyaya görə qovulub.