Ten Haqı “yumurtabaş keçəl” adlandırdı: Komanda yoldaşı satdı – FOTO
“Mançester Yunayted”in 24 yaşlı braziliyalı hücumçusu Antoni komandanın baş məşqçisi Erik ten Haqı “yumurtabaş keçəl” adlandırıb.
Aut.az xəbər verir ki, bu barədə “Globosport” məlumat yayıb. Mənbə qeyd edir ki, futbolçu bu haqda komanda yoldaşları ilə söhbətində danışıb. Oyunçulardan biri onun səs yazısını niderlandlı mütəxəssisə göndərib.
Bildirilir ki, Antoninin mövsümün sonuna qədər heyətdən kənarlaşdırlması ehtimalı var.
İnsident Premyer Liqanın 36-cı turunun “Mançester Yunayted”in 0:4 hesabı ilə uduzduğu ” Kristal Pelas”la oyun başlamazdan əvvəl baş verib. Antoni bu görüşdə start heyətində yer alıb və 60 dəqiqə meydanda olub, bundan sonra onu Sofyan Amrabat əvəzləyib.
Antoni “Mançester Yunayted”ə 2022-ci il avqustun 30-da “Ayaks”dan keçib. Mançester klubunun rəhbərliyi bunun üçün 95 milyon avro ödəyib. Braziliyalı 52 matçda 5 qol vurub.

Aut.az
