Azərbaycan futbolu

Minifutbol: Finalçılar müəyyənləşdi

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar bəlli olub.

Aut.az xəbər verir ki, həlledici qarşılaşmada “Günəşli” və “Aşağı Güzdək” komandaları üz-üzə gələcəklər.

Onlar yarımfinalda müvafiq olaraq “Mərdəkan” (7:0) və “Biləcəri”ni (2:1) məğlub ediblər.

Final görüşü mayın 9-da baş tutacaq. “Mərdəkan” və “Biləcəri” üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.

Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.