Digər

Əfsanə “müflis “ statusundan qurtuldu

Tennis üzrə dünyanın keçmiş bir nömrəsi, olimpiya çempionu 56 yaşlı Boris Bekerin müflis statusu rəsmən ləğv edilib.

Aut.az xəbər verir ki, alman müflisləşmə məhkəməsində müvəffəqiyyətlə müdafiə olunub. Bekkerin kreditorlarını tam ödəyə bilmədiyi bildirilir. Lakin məhkəmə müəyyən edib ki, keçmiş tennisçi borclarını ödəmək üçün əlindən gələni edib.

“İflas dünyamı alt-üst etdi. Bu statusa necə düşdüyüm və ya iflas prosesinin özü haqqında heç bir fikrim yox idi. Tamamilə mənə məsləhət verənlərə arxalandım və onların tövsiyələrinə əməl etdim, bunun mənim xeyrimə olacağına inandım.

Bir müddət sonra özüm dərk etdim və mənə izah olundu ki, bəzi məsləhətlər tamamilə yanlışdır. Onları açıq-aydın mənim maraqlarımı bölüşməyən insanlar verdilər”, – Bekker deyib.

Vaxtında altı dəfə Böyük Dəbilqə çempionu olan Boris Bekker 2017-ci ildə müflis elan edilmişdi. Onun ümumi borcu 60 milyon dolları ötüb.

Aut.az