İtaliya

Yığma üzvləri ilə müqavilə uzadıldı, qaldı…

“İnter” İtaliya millisinin iki futbolçusu ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, söhbət mərkəz müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçi Nikolo Barelladan gedir. Bu barədə klubun rəsmi açıqlamasında deyilir.

36 yaşlı Acerbi ilə müqavilə bir il müddətinə – 2026-cı ilin yayına qədər uzadılacaq.

Barella ilə yeni müqavilə 2029-cu ilin yayına kimi qüvvədə olacaq. 27 yaşlı yarımmüdafiəçinin maaşı illik 7 milyon avroya yüksələcək.

Həmçinin, komandanın kapitanı və bombardiri Lautaro Martineslə yeni müqavilə üzrə danışıqlar davam edir.

Aut.az