İtlər hürür, mən isə gedirəm: Tənqidlərə reaksiyası
PSJ-nin baş məşqçisi Luis Enrike hazırkı uğurları fonunda tənqid olunmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Adrian Qrayner “X” şəbəkəsində Enrikedən sitat gətirib.
“On ildən artıqdır ki, məşqçi kimi çalışıram. Bu müddət ərzində hücuma məruz qaldım, tənqid olundum, amma xoşuma gəldi, davam etdim. İtlər hürür, amma mən qaçmağa davam edirəm!”, – Enrike bildirib.
Xatırladaq ki, Fransa çempionatının 28 turundan sonra Enrikenin komandası 63 xal toplayaraq, ən yaxın izləyicisi “Brest”i on xal qabaqlayaraq birinci yerdədir. İspaniyalı mütəxəssisin komandası Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sına qarşı mübarizə aparacaq. İlk oyun mayın 1-də, cavab qarşılaşması isə mayın 7-də baş tutacaq.
Aut.az
