İtaliya

“Milan” baş məşqçi postuna onu gətirir: Gizli təmaslar var

“Milan” rəhbərliyi mövsümün sonunda qovulacağı gözlənilən baş məşqçi Stefano Pioliyə əvəzləyici axtarır.

Aut.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “rossonerilər” hazırda “Lill”ə başçılıq edən Paulo Fonsekanın namizədliyini nəzərdən keçirir. “Milan” rəhbərliyi “Roma”nın sabiq çalışdırıcısının Fransadakı işini yüksək qiymətləndirir.

Artıq tərəflər arasında gizli təmasların olduğu qeyd edilir.