Bu klub Xaviyə təklif göndərməyə hazırlaşır
Cari mövsümün sonunda “Barselona”nın baş məşqçi postunu tərk etmək niyyətində olan Xavi karyerasını Niderlandda davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Ayaks” rəhbərliyi ispaniyalı mütəxəssisi komandanın baş məşqçisi postuna bir nömrəli namizəd kimi görür. Bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Amsterdam klubu onları əvvəlki səviyyəsinə qaytarmağa qadir olduğuna inandığı üçün Xavi ilə danışıqlar aparmaqda qərarlıdır. “Ayaks”ın ona ilkin olaraq 2026-cı ilə qədər müqavilə təklif edə biləcəyi vurğulanır.
Xatırladaq ki, Xavi ötən ilin yanvarında İspaniya çempionatının 22-ci turunun “Vilyarreal”la oyununda (3:5) uduzduqdan sonra cari mövsümün sonunda “Barselona”dan ayrılacağını bildirib. Bundan sonra ispaniyalı mütəxəssis qərarının dəyişmədiyini dəfələrlə bəyan edib.
Aut.az
