Hokkey

Olimpiya çempionu karyerasını bitirdi

“Pittsburq”un hücumçusu Ceff Karter MXL-də 19 mövsüm keçirdikdən sonra karyerasını bitirdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 2003-cü ildə Karter “Filadelfiya” tərəfindən 1-ci raundda, ümumilikdə 11-ci sırada seçildib. O, həmçinin “Kolambus” və “Los Anceles”də də oynayıb. Ümumilikdə forvard MXL-də 1321 oyun keçirib və 851 (442+409) xal toplayıb.

“İndi mən ata olacağam. Xokkeyçi olduğunuz üçün çox şeyi qurban verirsiniz. Arzuma çatmaq üçün ailəm mənim üçün çox fədakarlıq etdi. İndi evdə olacağam, ata olacağam, sonra baxarıq necə olacaq”, – 39 yaşlı xokkeyçi bildirib.

Karter “Los-Anceles”lə ikiqat Stenli Kubokunun qalibi (2012, 2014) və Kanada yığması ilə Soçi 2014-də Olimpiya çempionudur.

Aut.az