İspaniya

Stadion planı: İldə bu qədər qazanc gözləyirlər

“Barselona” yenilənmiş “Kamp Nou” stadionunun layihəsi haqqında məlumat yayıb.

Aut.az xəbər verir ki, işlərin nəzərdə tutulan müddətə uyğun olaraq davam etdyi bildirilib. Komandanın yeni arenadakı ilk oyununun bu ilin sonunda baş tuta biləcəyi vurğulanıb.

Ehtimal olunur ki, əsas gəlir mənbələri stadionla bağlı yeni sponsorluq müqavilələrindən gələcək. Arenanın yeni və müasir olması anlaşmaların dəyərini üç dəfə artıra biləcək yeni təkliflər perspektivini artırır. Bunun sayəsində “Barselona”nın stadiondan ildə təxminən 120 milyon avro qazana biləcəyi gözlənilir.