“Real” bunu 36 il əvvəl bacarmışdı
İspaniya Primerasının 31-ci turunda “Malyorka” “Real”ı qəbul edib.
Aut.az xəbər verir ki, matç 1:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
“Real” 31 turdan sonra qapısından cəmisi 20 qol buraxıb. Madrid klubu sonuncu dəfə 1987/1988 mövsümündə İspaniya çempionatının 31 matçında bu qədər az qol buraxıb.
İspaniya çempionatının 30 turundan sonra “Malyorka” 31 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Real” La Liqada 31 oyundan sonra 78 xalla liderliyini davam etdirir.
Növbəti turda “Real” öz meydanında “Barselona” ilə qarşılaşacaq. Oyun aprelin 21-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
