İngiltərə

Oğlunu tənqid edən Kinə cavabı belə oldu

“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın atası Alf-İnqe Haaland “qırmızı şeytanlar”ın sabiq futbolçusu Roy Kinin tənqidlərinə cavab verib.

Qeyd edək ki, Kin norveçli futbolçunun Liqa 2 oyunçusuna bənzədiyini bildirmişdi.

“Kin və ya digər ekspertlərin təcrübəsinə malik olduğunuz zaman fərqli fikir formalaşdıra bilərsiniz. Amma yəqin ki, onlar belə tənqidi fikirlər səsləndirməyi düzgün hesab edirlər. Bununla belə, komanda qalib gəlir və Erlinq hələ də Premyer Liqanın ən yaxşı bombardiridir, ona görə də o qədər də pis deyil”, – deyə “Goal” Haalandın sözlərini sitat gətirib.

Xatırladaq ki, Haaland hazırda vurduğu 20 qolla İngiltərə çempionatının bombardiridir. Onun ən yaxın izləyicisi “Aston Villa”nın hücumçusu Olli Uotkinsdir (18 qol).

Aut.az