İngiltərə

MY qalmaqallı futbolçuya qiymət qoydu

“Mançester Yunayted ” “Xetafe”də icarə əsasında çıxış edən hücumçu Meyson Qrinvudu satmağı düşünür.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Fubolçu ilə Turin təmsilçisinin “Atletiko Madrid” və “Yuventus” klubları maraqlanır. “Qırmızı şeytanlar” onun satışından 30 milyon funt-sterlinq qazanmağı planlaşdırır. Lakin maraqlı tərəflər bu məbləği çox yüksək hesab edirlər.

Qeyd olunur ki, ingilis klubu sevgilisinə təcavüzə görə bir neçə ay həbsdə olan Qrinvudun geri dönməsində maraqlı deyil. Futbolçunun İngiltərədəki nüfuzunun aşağıdır. İctimaiyyət və azarkeşlər onu bağışlaya bilmir.

Xatırladaq ki, bu mövsüm Qrinvud bütün turnirlərdə 28 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.