Basketbol

Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəldi

Bu gün Honqkonqda 3×3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilir.

Aut.az xəbər verir ki, 3×3 qadın millimiz B qrupunda ikinci oyununu Monqolustan seçməsinə qarşı keçirib və 13-12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 3×3 qadın millimizin qrupda sonuncu oyunu bu gün Niderland seçməsinə qarşı olacaq. Bu matç qrup liderini müəyyənləşdirmək adına vacib qarşılaşma hesab olunur.

Turnirə sabah yekun vurulacaq. Yarışın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.