Əməliyyat olundu, “Trabzonspor” danışıqları dayandırdı
Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi mərkəz müdafiəçisi Marlonun transferi ilə bağlı “Şaxtyor”la planlaşdırılan danışıqların başlanmasını təxirə salmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, “bardo-mavilər” bu qərarı futbolçu bu yaxınlarda aldığı diz zədəsindən sonra əməliyyat olunduğu üçün verib .
“Trabzonspor”un Marlon variantına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Xatırladaq ki, Marlon hazırda FIFA-ın Əlavə 7-ci maddəsinə uyğun olaraq “Fluminense”də çıxış edir.
Aut.az
