“Qalatasaray”dan qələbə
Türkiyə Super Liqasında III turdan təxirə salınmış oyun keçirilib.
Aut.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “İstanbulspor”la qarşılaşıb. Görüş “cim-bom”un qələbəsiylə başa çatıb – 1:0.
“Qalatasaray” 6 turdan sonra 16 xalla liderdir. “İstanbulspor” isə 2 xalla 19-cu pillədə qərarlaşıb.
