Azərbaycan futbolu

Cavid Hüseynovun komandası texniki məğlubiyyət alacaq – Səbəb

“Cəbrayıl” II Liqanın IV turu çərçivəsində səfərdə “Şahdağ Qusar”la qarşılaşıb.

Aut.az xəbər verir ki, oyun qolsuz bərabərliklə başa çatıb.

“Cəbrayıl”ın futbolçusu Nurlan Quliyev adı protoklda olmasa da, oyunda iştirak edib. O, 71-ci dəqiqədə Mehman Süleymanlının əvəzinə meydana daxil olub.

Klubun AFFA İntizam Komitəsi tərəfindən qayda pozuntusuna görə texniki məğlubiyyətlə cəzalanacaq.

“Cəbrayıl”a Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynov rəhbərlik edir. Komanda 4 turdan sonra 10 xalla birinci sıradadır.