Formula 1

Rəsmi: Ən yaşlı pilotla müqavilə uzadıldı – FOTO

Sürücü Fernando Alonso “Aston Martin” Formula 1 komandası ilə müqaviləsini uzadıb.

Bildirilir ki, müqavilə 2026-cı il mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bu o deməkdir ki, Alonsonun müqaviləsi bitəndə 45 yaşı tamam olacaq. 42 yaşlı ikiqat dünya çempionu indi F1-in ən yaşlı pilotudur.

Daha əvvəl Alonsonun “Red Bull” və ya “Mercedes”ə keçə biləcəyi bildirilirdi. Bu mövsüm Alonso 24 xal toplayıb və ümumi sıralamada 8-ci yerdədir.

F1-də Alonso “Minardi”, “Renault”, “McLaren”, “Ferrari”, “Alpin” və “Aston Martin”də çıxış edib.

Rəsmi: Ən yaşlı pilotla müqavilə uzadıldı – FOTO

Aut.az