Dünya futbolu

Xanım futbolçunu əri boğaraq öldürdü: Özü də intihar etdi

Argentinalı futbolçu Florensiya Qinyasa Las Kanyas şəhərindəki mənzilində ölü tapılıb.

Aut.az “TyC Sports”a istinadən bildirir ki, 30 yaşlı idmançı əri tərəfindən boğularaq öldürülüb. Əri də sonradan intihar edib.  Bu zaman mənzildə cütlüyün iki övladı – yeddi yaşlı oğlan və beş yaşlı qız olub.

Cəsədləri qonşusu aşkar edib. O, Kanyasın ərinin mənzilin qapısında qoyduğu “Polisə zəng et, uşaqlar təkdir” yazılmış lövhə görüb.

Keçən ilin noyabrında Florensiya ərini zorakılıqda ittiham etmişdi.

Aut.az