“İnter”dən qələbə
İtaliya A Seriyasında XXXI turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, açılış günündə 1 qarşılaşma baş tutub. “Salernitana” “Sassuolo” ilə xalları yarı bölüb.
“Milan” bu turda “Leççe” üzərində inamlı qələbə qazanıb. Roma derbisində “Roma” “Latsio”nu məğlub edib. Elitada qalmaq uğrunda mübarizə aparan “Empoli” bu turda “Torino”nu xalsız yola salıb.
“Yuventus” isə azarkeşləri önündə, “Napoli” səfərdə 3 xala sevinib.
Lider “İnter” bu turda “Udineze”ni son dəqiqələrdə vurduğu qolla məğlub edib.
A Seriyası
XXXI tur
5 aprel
Salernitana – Sassuolo 2:2
Qollar: Kandreva, 52-pen. Maccore, 90+1 – Loryente, 37. Bayrami, 44.
6 aprel
Milan – Leççe 3:0
Qollar: K.Pulişiç, 6, O.Jiru, 20, R.Leao, 57
Roma – Latsio 1:0
Qol: C.Mançini, 42
Empoli – Torino 3:2
Qollar: N.Kambiaci, 6, M.Kanselyeri, 74, M.Nyanq, 90+4 – D.Sapata, 60, 90+1
7 aprel
Frozinone – Bolonya 0:0
Monza – Napoli 2:4
Qollar: M.Juriç, 9. A.Kolpani, 68 – V.Osimhen, 55. M.Politano, 57. P.Zelinski, 61. Q.Raspadori, 61.
Kalyari – Atalanta 2:1
Qollar: A.Tommaso, 42. N.Viola, 88. – Q.Skamaka, 13.
Verona – Cenoa 1:2
Qollar: F.Bonazzoli, 8 – K.Ekuban, 45.
Yuventus – Fiorentina 1:0
Qol: F.Qatti, 21.
8 aprel
Udineze – İnter 1:2
Qollar: L.Samarciç, 40 – H.Çalhanoğlu, 55 (pen.), D.Fratessi, 90+5
