UFC çempionu Messi ilə görüşdü – FOTO
Hazırkı UFC çempionu (66 kq-a qədər) ispan-gürcüstanlı İliya Topuriya MLS-də “İnter Mayami” – “Kolorado Rapids” matçından sonra əfsanəvi argentinalı futbolçu Lionel Messi ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə Topuriya sosial şəbəkədə məlumat verib.
“İdman tarixinin ən böyük əfsanələrindən biri ilə. Mənim üçün örnək və hər kəs üçün örnəkdir”, – deyə Topuriya yazıb.
Xatırladaq ki, “İnter Mayami” – “Kolorado Rapids” matçı aprelin 6-dan 7-nə keçən gecə baş tutub. Oyun 2:2 hesabı ilə başa çatıb. Lionel üçün bu oyun zədədən sonra ilk idi. “İnter Mayami” hazırda səkkiz matçdan 12 xalla MLS turnir cədvəlində üçüncüdür.
İlia Topuriya məğlub olmayan döyüşçüdür və hazırda 15 qələbəsi var, onlardan 13-ü vaxtından əvvəl qazanılıb. Topuriya UFC 298-də çempion olub. Sonra o, çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı UFC döyüşçüləri reytinqinin keçmiş lider Aleksandr Volkanovskini ikinci raundda nokaut edib.
Aut.az



