İspaniya

Şok iddia: “Barsa” Levandovskini göndərib onu gətirir?

“Jirona”nın 26 yaşlı ukraynalı hücumçusu Artyom Dovbiklə  bir sıra məşhur klublar maraqlanır.

Aut.az xəbər verir ki, “Todo Fichajes” portalının məlumatına görə, “Barselona” növbəti transfer pəncərəsində polşalı hücumçu Robert Levandovski ilə yollarını ayırmağı planlaşdırır. Kataloniyalılar polyakı “Jirona”nın hücumçusu Artyom Dovbiklə əvəz etməyi düşür.

Çünki iqtisadi baxımdan bu transfer “mavi qranatlar” üçün olduqca sərfəlidir. Qeyd edilir ki, Dovbikin ətrafı artıq “Barsa”nın marağından xəbərdardır və növbəti transfer pəncərəsinin açılışını səbirsizliklə gözləyir.

Bu mövsüm Artyom Dovbik “Jirona”nın heyətində 33 oyun keçirib, 17 qol vurub və 7 məhsuldar ötürmə verib.

Aut.az