“Barsa” onun agenti ilə əlaqə saxladı
“Barselona” 21 yaşlı mərkəz yarımmüdafiəçisi Pedrinin agenti ilə əlaqə saxlayıb, onunla əmək müqaviləsinin uzadılmasını müzakirə edib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu, təkcə müqavilənin uzadılması təklifi deyil, həm də klub rəhbərliyinin komandanın əsas elementlərindən biri kimi gördüyü futbolçu ilə bağlı niyyət bəyanatıdır.
Xatırladaq ki, Pedrinin “Barselona” ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır.
İspan futbolçu 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 133 matçda iştirak edib, 18 qol vurub, 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Aut.az
