Müasir futbolun 5 ən yaxşı sağ cinah müdafiəçisi – Kafunun mövqeyi
Braziliya millisinin əfsanəvi futbolçusu Kafu müasir futbolun beş ən yaxşı sağ cinah müdafiəçisinin adını açıqlayıb.
Aut.az xəbər verir ki, Kasfu bu barədə Rusiya mətbuatına danışıb.
“Oh, mən həmişə kimisə unuduram. Uolker çox yaxşıdır. Karvaxal da. Hakimi. Trent Alexander-Arnold. Yaxşı, bir də Rafinya”, – Kafu deyib.
53 yaşlı Kafu Braziliya millisinin heyətində ikiqat dünya çempionu, İtaliyanın “Milan”ı ilə isə Çempionlar Liqasının qalibi olub.
Aut.az
