Digər

Kompüter Boltu dünyanın ən sürətli iti ilə qaçırtdı: Kim qalib gəldi? – VİDEO

Kompüter simulyasiyaları virusa çevrilən yarışda dünyanın ən sürətli insanı və ən sürətli itinin sürətlərini müqayisə edib.

Aut.az xəbər verir ki, səkkizqat Olimpiya çempionu Useyn Bolt 2017-ci ildə karyerasını bitirib. Amma o, hələ də rekordlarını qırmaq çətin olacaq dünyanın ən sürətli adamı hesab olunur.

Yamaykalı 2009-cu ildə Berlində keçirilən dünya çempionatında 9,58 saniyə ilə 100 metr məsafəyə dünya rekordu qırıb. Elə həmin il o, 200 metr məsafəyə qaçışda da 19,19 saniyə sürətlə dünya rekordu vurdu.

Onun dünyanın ən sürətli insanı olması birmənalıdır. Bu amil “Motion Athlete” YouTube kanalını Boltu dünyanın ən sürətli iti ilə müqayisə etməyə sövq edib.

Boltun orta sürəti saatda 37,58 kilometr olduğu halda, tazılar saatda 64 kilometrdən çox orta qaçış sürətinə çata bilir.

Simulyasiya Boltun həmin yarışda nə qədər pis məğlub olacağını göstərir. İt finiş xəttini yamaykalı sprinterdən demək olar ki, dörd saniyə qabaq, 5,8 saniyəyə keçəcək.

Aut.az