Dünya futbolu

Futbolçunun avtomobilini qaçırmaq istədilər: Müqavimət göstərdi, öldürdülər

Cənubi Afrika Respublikasının “Kayzer Cifs” klubunun mərkəz müdafiəçisi, 24 yaşlı Luke Flers yanacaqdoldurma məntəqəsində güllələnib.

Aut.az xəbər verir ki, cinayətkarlar onun avtomobilini oğurlamağa cəhd edərkən futbolçu müqavimət göstərib, onlar da atəş açıblar.

“Oyunçumuz Luk Flersin faciəli və vaxtsız ölümü ilə bağlı xəbərdən dərindən sarsıldıq və kədərləndik. Bu son dərəcə çətin zamanda onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk”, -klubun açıqlamasında bildirilib.

Gauteng polisinin sözçüsü polkovnik-leytenant Mavela Masondonun dediyinə görə, şübhəlilər Flersi avtomobildən çıxarmazdan əvvəl ona odlu silah tuşlayıb, sonra isə güllələyiblər. 24 yaşlı gənc yaxınlıqdakı xəstəxanaya aparılıb və orada öldüyü məlum olub.

Aut.az