Dünya futbolu

Kadi Korodbanın iddiası ilə razılaşdı: “Zenit” Rusiyanın…

“Krasnodar”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges komanda yoldaşı Con Kordobanın Rusiyada “Zenit”ə xüsusi münasibətin olduğu ilə bağlı iddiasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Kadi onun fikirləri ilə razılaşdığını bildirib.

“Bəli, doğrudur. Onun sözləri bu deməkdir: “Zenit” rusiyalıların  ən sevimli klubudur. Məncə, hamı belə düşünür. Biz onlarla çempionluq uğrunda mübarizə apara bilərik və edəcəyik. Onların heyəti bizimkindən güclü deyil”, – RB Sport Kadidən sitat gətirir .

Rusiya çempionatında 21 turdan sonra “Zenit” “Krasnodar”ı bir xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Aut.az