“Fənər”lə oyundakı qalmaqala görə “Trbzonspor”a bu cəza verildi
Türkiyə Futbol Federasiyası (TFF) “Trabzonspor” azarkeşlərinin “Fənərbağça” futbolçularına hücumu ilə bağlı qalmaqallı iş üzrə qərarını açıqlayıb.
Aut.az xəbər verir ki, “Trabzonspor” növbəti 6 ev matçını tamaşaçısız keçirməklə cəzalandırılıb. Türkiyə hüquq-mühafizə orqanları artıq hücumda iştirak edən 12 azarkeşi müəyyənləşdirib və saxlayıb.
Xatırladaq ki, “Fənərbaxça” bu hadisəyə görə hətta Türkiyə çempionatından çəkilməyi də düşünsə, sonda qərarını ən azı mövsümün sonuna qədər təxirə saldı.
Aut.az
