Bu ölkədən çağırış: Parisdə ruslara məhəl qoymayın
Kanadanın “The Globe and Mail” qəzetinin jurnalisti Katal Kelli 2024-cü il Olimpiya Oyunlarında ruslara məhəl qoymamağa çağırıb.
Aut.az xəbər verir ki, Kelli Rusiyanı idmançılardan təbliğat vasitəsi kimi istifadə etməkdə ittiham edib. “Niyə onlara Rusiyanın təbliğat hədəflərindən fərqli münasibət göstərilməlidir? Parisdə onlara məhəl qoymayın, salam verməyin, alqışlamayın”, – deyə o bildirib.
Jurnalist qeyd edib ki, kobud davranmağa ehtiyac yoxdur. “İnsanlar özlərini yalnız ruslar burada deyilmiş kimi aparmalıdırlar” deyə kanadalı yekunlaşdırıb.
2023-cü ilin dekabrında Beynəlxalq Olimpiya Komitəsi rusları və belarusları Parisdə keçiriləcək Olimpiadaya fərdi neytral idmançı kimi qəbul edib. Eyni zamanda, Ukraynada müharibəni dəstəkləyən, habelə Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışa buraxılmayacaqlar.
Aut.az
