Dünya futbolu

Apellyasiya şikayəti verdi

“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydalarını pozduğuna görə 4 illik cəzasına görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə TASS CAS-ın mətbuat xidmətinin nümayəndəsinə istinadən yazıb.

“Pol Poqba İtaliya Milli Antidopinq Təşkilatının qərarından apellyasiya şikayəti verib. Hazırda başqa məlumat yoxdur”, – nümayəndə bildirib.

Xatırladaq ki, fevralın 29-da Pol Poqbanın dopinq qəbul etdiyinə görə 4 il müddətinə diskvalifikasiya edildiyi məlum olub. 31 yaşlı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsə də, bu, istənilən nəticəni verməyib.

Aut.az