“Qarabağ”ın çempionluğunda Klopp və Qvardiolanın rolu: Medvedev ruslara açıqladı
“Qarabağ”ının müdafiəçisi və kapitanı Maksim Medvedev Ağdam klubunun bu mövsüm Azərbaycan çempionatında erkən qələbə qazanmasını şərh edib.
Aut.az xəbər verir ki, Medvedev bu barədə “Metaratings.ru” saytına müsahibəsində danışıb.
“Qələbə klubda olan hər kəsin əməyi sayəsində baş verdi. Komandanın və məşqçinin işinə heç vaxt qarışmayan rəhbərlikdən başlayaraq. Məşqçi özü öz üzərində çox çalışır. Qvardiola, Klopp və başqa məşqçilərin yanına getdi. Azərbaycandakı statusuna baxmayaraq, o, hələ də öz üzərində işləməyə davam edir”, – Medvedev deyib.
Martın 29-da ölkə çempionatının 28-ci turunun matçında səfərdə “Kəpəz”i məğlub edən (6:1) “Qarabağ” vaxtından əvvəl Azərbaycan çempionu olub. Bu qələbədən sonra Ağdam klubu 28 matçda 69 xal toplayıb, ən yaxın izləyicisi “Neftçi” ilə xal fərqi sona 8 tur qalmış 26 xal olub.
Aut.az
