Azərbaycan futbolu

Azərbaycanda futbola ayrılan məbləğ bəlli oldu: ŞOK RƏQƏM – FOTO

Azərbaycan Respublikasında futbolun inkişafına ayrılmış vəsaitin məbləği məlum olub.

Aut.az xəbər verir ki, cari mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (10 klub) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.

Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihəsinin xərcləri 1 milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, Menecer və məşqçi korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.

Ümumi məbləğ isə 39 milyon manat təşkil edib.

Qeyd olunub ki, 2022/2023 mövsümündə rəqəm 38 milyon manat olub.

Azərbaycanda futbola ayrılan məbləğ bəlli oldu: ŞOK RƏQƏM - FOTO