Dünya futbolu

“Ayaks”da qalmaqal: İnsayder ticarətinin üstü açıldı, baş direktor qovuldu

“Ayaks”ın baş direktoru və idarə heyətinin sədri Aleks Kruz insayder ticarəti ilə bağlı şübhələrə görə işindən uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu qərarı Kruzun baş direktor vəzifəsinə keçmədən bir həftə əvvəl “Ayks”ın 17 mindən çox səhmini aldığı bəlli olduqdan sonra verilib.

“Ayaks”ın Müşahidə Şurası belə qənaətə gəlib ki, Aleks çox güman ki, insayder ticarəti ilə məşğuldur. Müstəqil hüquq firması Amsterdam klubuna bu faktı müəyyən etməyə kömək edib.

Kruz ötən ilin avqustunda “Ayaks”da vəzifə alıb, lakin yalnız martın 15-də işə başlayıb. Amsterdam klubu hələ onun yerinə yeni mütəxəssis axtarmağı planlaşdırmır.

Aut.az