Prokurorluq hərəkətə keçdi: Prezidentdən milyonluq mənimsəmə
Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia sosial sığorta ödənişlərini ödəməməkdə ittiham olunur.
Aut.az xəbər verir ki, TN-in məlumatına görə, prokurorluq Tapianı 19 milyard peso (təxminən 12,8 milyon dollar) məbləğində sosial ödənişlərin həyata keçirilməməsində günahlandırıb.
İttihamlar Tapia ilə yanaşı, AFA-nın xəzinədarı Pablo Toviqqino barəsində də irəli sürülüb. Araşdırmaya Argentina Vergi Xidmətinin şikayəti əsasında başlanılıb. Qurum futbol assosiasiyasının AFA əməkdaşları və ölkənin ən böyük futbol klublarında çalışan işçilər üçün ödənişləri uzun müddətdir köçürmədiyini müəyyən edib.
Hüquq-mühafizə orqanlarının Tapia ilə bağlı istintaqı səbəbindən Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırıla biləcəyi barədə məlumatlar da yayılıb. İş çərçivəsində yeni axtarışlar da aparılıb. İstintaqda AFA-nın xəzinədarı Pablo Toviggino və onun müavini Lusiano Nakis də yer alır. Hər üç şəxs qanunsuz zənginləşmədə şübhəli bilinir.
