Digər

UFC-yə ultimatum verdi: Bunu etməsəniz, gedəcəm

Orta çəkidə sabiq UFC çempionu, amerikalı Şon Striklend bildirib ki, 84 kq çəki dərəcəsində hazırkı titul sahibi Drikus du Plessis ilə revanş görüşü verilməsə, UFC-ni tərk edəcək .

Aut.az xəbər verir ki, Şon bu barədə “Bloody Elbow”portalına açıqlamasında deyib.

“UFC azarkeşləri Drikusla mənim bu problemi həll etməyimizi istəyirlər. Drikus da bunu istəyir. Mənə nifrət etdikləri lənətə gəlmiş liberal ölkədə döyüşdüyümü hamı bilir. Dana bunu başa düşür. Mənim yerimdə başqası olsaydı, mütləq revanş baş tutacaqdı. Bütün bunlar baş verməsə, bilmirəm, o zaman boksla məşğul olacağam”, – Şon deyib.

Aut.az