“Barsa” futbolçusuna 1 milyardlıq müqavilə təklif etdi
“Barselona” 17 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsiyə 1 milyard avroluq sərbəst buraxılış maddəsini ehtiva edən yeni uzunmüddətli müqavilə təklif edib.
Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, yeni müqavilədə Kubarsinin maaşının artırılması da nəzərdə tutulub. Kataloniya klubu müdafiəçi ilə sözləşməni cari mövsümün sonuna qədər uzada biləcəklərinə ümid edir. 17 yaşlı gənc “Barselona”nın inkişaf planlarının mühüm futbolçulardan biri hesab edilir.
Aut.az
