Paris meri Kliçkonu əmin etdi: Ruslar olimpiadada olmayacaqlar
Kiyevin meri və keçmiş boksçu Vitali Kliçko bu yaxınlarda Ukraynanın paytaxtına səfər etmiş Parisin meri Ann İdalqo ilə söhbət edib.
Aut.az xəbər verir ki, Vitali bu səfərin nəticələri barədə Telegram kanalında məlumat verib:
“Mən genişmiqyaslı müharibə zamanı dördüncü dəfə Kiyevə səfər edən Parisin meri Ann İdalqo ilə görüşdüm. Onun ilk səfəri 2022-ci ilin aprelində baş tutub. Sonra şəhərlərimiz arasında Dostluq və Əməkdaşlıq Sazişi imzalandı. Bundan əvvəl, mart ayında Paris şəhər şurası Kiyevə fəxri vətəndaş statusunun verilməsini yekdilliklə dəstəkləmişdi.
2023-cü ildə Ukraynanın Müstəqillik Günündə ukraynalıların azadlıq və Avropa dəyərləri uğrunda mübarizəsinə dəstək simvolu olaraq Parisin mərkəzində Kiyev meydanı açıldı.
Paris meri Rusiya və Belarus idmançılarının bu yay Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcəyi ilə bağlı da sarsılmaz mövqeyini bildirib.
Xanım İdalqo məni mayda Parisdə keçiriləcək Avropa Merlərinin Sammitinə dəvət etdi”.
Aut.az
